Netanyahu ŞAS deputatına edilən hücumu pisləyib

16.11.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İsrailin baş naziri Binayamin Netanyahu ŞAS partiyasının Knesset deputatı Yoav Ben-Tzura qarşı həyata keçirilən hücumu qəti şəkildə pisləyib.

Bizimyol.info xəbər verir ki, hökumət başçısının sözlərinə görə, hücum kiçik radikal etirazçı qrup tərəfindən törədilib.

“Fikir ayrılıqları olsa belə, zorakılığa yer yoxdur. Hüquq-mühafizə orqanları seçilmiş rəsmiləri qorxutmağa və ya onlara zərər vurmağa yönəlmiş hər cür cəhdin qarşısını qətiyyətlə almalıdır”, – deyə Netanyahu vurğulayıb.

Deputat Ben-Tzur 15 noyabrda Yerusəlimdə yeşiva tələbələrinin hərbi çağırışının tənzimlənməsi ilə bağlı qanun layihəsinin irəlilədilməsində iştirak etdiyi üçün bəzi haredi ("Allah qorxusu olanlar" sözündən gələn və "ultra-ortodoks" yəhudilər) etirazçıların hücumuna məruz qalıb.

ŞAS partiyası tələbələrin böyük hissəsinin hərbi xidmətdən azad edilməsinə çalışsa da, bəzi haredi qrupları tələbələrin hər hansı şəkildə çağırışa cəlb olunmasına qarşı çıxır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью