Netanyahu səbirsizliklə Şin Bet direktorunun istefa verəcəyi günü gözləyir

23.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin baş naziri Binyamin Netanyahunun Ali Məhkəmədən xahiş edib ki, İsrailin daxili kəşfiyyat xidmətinin - Şin-Bet (Şabak) direktoru Ronen Bardan istefa verməyi planlaşdırdığı tarixi açıqlamasını tələb etsin.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti yazıb.

Xəbərdə qeyd edilib ki, Netanyahu Ali Məhkəmədən Ronen Bara vəzifəsindən "nə vaxt" gedəcəyini bildirməyi tapşırmasını istəyib.

Bazar ertəsi, aprelin 21-də məhkəməyə verdiyi yazılı açıqlamada Bar, daha sonra tutduğu vəzifədən istefa verməyi planlaşdırdığını bildirsə də, konkret tarix göstərməyib.

Netanyahu keçən ay görüşdüyü Şin-Bet Direktoru Bara hökumətin onu işdən çıxaracağı barədə məlumat verib və bu qərarını zamanla artan inamsızlıqla əsaslandırıb.

İsrail Ali Məhkəməsi aprelin 8-də Barın işdən çıxarılması qərarında çəkilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью