Netanyahu seçki kampaniyasında Ərdoğanı hədəf alıb

20.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İsrailin Baş naziri Benyamin Netanyahu seçki kampaniyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Netanyahunun partiyası Likud paytaxt Təl-Əvivdə hündürmərtəbəli binalardan birinə Ərdoğanla yanaşı, İranın ali dini lideri Müctəba Xamenei, Nyu-York meri Zöhran Məmdani və Hizbullah lideri Naim Qasımın fotolarının əks olunduğu plakat asıb.
Plakatda “Onlar Netanyahunun məğlub olmasını istəyirlər, onların qalib gəlməsinə imkan verməyin” yazılıb.
Netanyahu eyni görüntünü “X” hesabında da paylaşaraq Ərdoğanın onu Hitlerlə müqayisə etdiyi çıxışından sitat gətirib.
“Netanyahunun hərəkətləri Hitlerin hərəkətlərindən fərqlidirmi? Netanyahu, bunu bil: Sən gedirsən”, - sözügedən çıxışda Ərdoğan bildirir.
Reklam İsraildə də birmənalı qarşılanmayıb. Belə ki, müxalif siyasətçi Naama Lazimi plakatı yenidən hazırlayıb. Onun versiyasında Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani və Netanyahunun keçmiş müşavirlərinin fotoları yer alıb.
Həmçinin Lazimi plakata satirik üslubda “Onlar Netanyahunun qalib gəlməsini istəyirlər, məğlub olmalarına imkan verməyin” ifadəsini də əlavə edib.
Qeyd edək ki, Netanyahunun köməkçilərinin Qətərdən ödəniş aldığı və bunun müqabilində ölkənin maraqlarına uyğun fəaliyyət göstərdiyi iddia olunur. Netanyahu isə köməkçiləri ilə Qətər arasında mümkün əlaqələrin araşdırılmasına reaksiya verərək bunu “cadugər ovu” adlandırmışdı. Bu məsələ “Qatargate” qalmaqalı kimi tanınır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью