Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“HƏMAS hərəkatının radikal üzvləri oktyabrın sonunda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində İsrailə yenidən hücum etməyə cəhd göstərə bilərlər”.
525.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
O, 2023-cü il oktyabrın 7-də baş vermiş hücumun üçüncü ildönümü ərəfəsində keçirilən hökumət iclasında deyib ki, ötən müddət ərzində İsrail Yaxın Şərqin ən güclü ölkəsinə çevrilib, onun rəqibləri isə hazırda heç vaxt olmadığı qədər zəifdir.
“Məhz HƏMAS-ın bu qədər zəif olması səbəbindən onlar seçkilərin nəticələrinə təsir göstərməyə çalışaraq seçkilər ərəfəsində əllərində qalan qüvvələrlə bizə “meydan oxumağa” cəhd edəcəklər. Biz buna hazırıq. İlk növbədə, bu cür cəhdlərin qarşısını alacağıq və hər halda, əgər onlar bu səhvə yol versələr, biz sarsıdıcı güclə cavab verəcəyik”, – Baş nazir əlavə edib.
Pərvanə Sultanova