Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

28.10.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər”.

SİA xəbər verir ki, bunu “Vaşinqton Post”a İsrail Baş naziri Benyamin Netanyahunun “Likud” partiyasının nümayəndəsi Maykl Lob deyib.

Siyasətçi bildirib ki, İsrail yenidən müharibəyə girərsə və ölkənin milli təhlükəsizliyi təhlükə altına düşərsə, Ayzenkot Netanyahunun yeni koalisiya hökuməti yaratmaq təklifini qəbul etməyə məcbur qalacaq.

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrə əsasən, Benyamin Netanyahunun bloku 54, Qadi Ayzenkotun bloku 49, ərəb partiyaları isə 17 mandat əldə edib.

İki əsas blokdan heç biri hökumət qurmaq üçün tələb olunan 61 mandat həddinə hələ çatmayıb. Bu halda İsrailin gələcək hökumətinin taleyi koalisiya danışıqlarından asılıdır.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью