Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və ABŞ-nin Livandakı səfiri Mişel İssa yəhudi dövləti ilə Livan Respublikası arasındakı münaqişənin nizamlanmasında irəliləyişləri müzakirə etmək üçün İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüblər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Hakabi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İsrailin Baş naziri və ABŞ-nin Livandakı səfiri Mişel İssa ilə ABŞ-nin təşkilatçılığı ilə İsrail və Livan arasında aparılan danışıqlardakı irəliləyişi müzakirə etmək üçün görüşdüm", - deyə qeyd edib.
O əlavə edib ki, ABŞ-nin mövqeyinə görə, nizamlanma yolunda yeganə maneə şiə "Hizbullah" hərəkatı olaraq qalır.
Xatırladaq ki, daha əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı ABŞ mənbələrinə istinadən İsrail və Livan arasında yeni danışıqlar raundunun sentyabrın əvvəlində Romada keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
Livanın “Əl Mayadeen” telekanalı isə avqustun 4-6-da Romada keçirilən yeddinci danışıqlar raundundan sonra ABŞ və İsrail tərəflərinin artıq razılaşdırılmış iki ərazidə irəliləyiş əldə olunana qədər Livanın təklif etdiyi “pilot zonalar”ın genişləndirilməsinə razı olmadığını açıqlamışdı.
İyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayıblar.
Sazişə əsasən, Livan silahlı qüvvələri mərhələli şəkildə ölkə ərazisində nəzarəti bərpa etməlidir. Sənəddə İsrail qoşunlarının çıxarılacağı “pilot zonalar”ın yaradılması da nəzərdə tutulur.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin