Netanyahu: “Son günlərdə Trampla üç dəfə danışmışam”

10.11.2024

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla son bir neçə gündə üç dəfə danışdığını bildirib.

APA xəbər verir ki, bu barədə Netanyahu ofisinin videomüraciət yayıb.

“Son bir neçə gün ərzində mən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla üç dəfə danışmışam. Bunlar yaxşı və çox vacib söhbətlər idi. Danışıqlar İsrail və ABŞ arasında möhkəm müttəfiqliyi daha da gücləndirmək məqsədi daşıyır. Biz İran təhlükəsini onun bütün komponentlərini və yaratdığı təhlükəni görürük”, - Netanyahu ofisinin yaydığı videomüraciətdə bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью