Netanyahu söz verməlidir: HƏMAS tərksilah şərtlərini açıqladı

17.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sülh Şurasının tərksilah planının icrasına yalnız İsrailin Baş naziri Benyamin Netanyahunun planın şərtlərinə əməl edəcəyini açıq şəkildə bəyan etməsindən sonra başlanılacaq.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” ərəb diplomata istinadla məlumat yayıb.

Məlumata görə, bu sözləri HƏMAS rəsmiləri Misirdə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə deyiblər.

Nəşr bildirib ki, Netanyahu əvvəllər bu təklifə açıq şəkildə qarşı çıxıb və onun 27 oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində mövqeyini dəyişməsi ehtimalı azdır.

Qeyd edək ki, Cared Kuşner Misirdə keçirdiyi görüşlərdən sonra İsrailə gedib. Onun Benyamin Netanyahu ilə görüşməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью