Netanyahu tapşırıq verdi: İsrail ordusu təcili hərəkətə keçir KONKRET

21.02.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Netanyahu İsrail ordusuna İordan çayının qərb sahilində terror ocaqlarına qarşı əməliyyat keçirməyi tapşırıb.

KONKRET.az xəbər verir ki. bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Hökumət başçısı İsrail ordusuna Yəhudeya və Samariyada terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi tapşırıb, həmçinin İsrail polisi və Şin Betə gələcək hücumların qarşısını almaq üçün qabaqlayıcı tədbirləri gücləndirməyi tapşırıb. Netanyahu avtobuslarda silsilə kütləvi terror aktları törətmək cəhdi ilə əlaqədar müdafiə naziri İsrail Katz, Baş Qərargah rəisi Herzi Halevinin, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri və baş polis müfəttişinin iştirakı ilə təcili iclas keçirib”, – deyə Netanyahunun ofisi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью