Netanyahu təhdid etdi: İranın bu terror qolunu kəsməkdə qərarlıyıq

27.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrail işi tamamlanana qədər Yəmən husilərinə zərbələr davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Bir müddət əvvəl hava qüvvələri Yəməndə Husi terror təşkilatının hədəflərinə hücum etdi. Biz İranın şər oxunun bu terror qolunu kəsməkdə qərarlıyıq. Başladığımız işi bitirənə qədər davam edəcəyik”, – Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью