Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirir

24.06.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İsraillə İran arasında atəşkəs razılaşması barədə bəyanatından sonra təhlükəsizlik kabinetinin məhdud iclasını keçirir.

APA xəbər verir ki, bu haqda mənbələrə istinadən CNN məlumat yayıb.

Məlumata görə, iclasda strateji planlaşdırma naziri Ron Dermer, xarici işlər naziri Gideon Saar, müdafiə naziri İsrael Kats, İsrailin ultradini partiyasının lideri Şas Arye Deri, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью