Netanyahu təsdiqlədi: HƏMAS ın Qəzzadakı lideri məhv edilib

28.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının regional lideri Məhəmməd Sinvarı məhv edib.

Oxu.Az xəbər verir ki, baş nazirin açıqlamalarını "N12" telekanalı yayıb.

Netanyahu Knessetdə (parlamentdə) çıxış edərək bildirib ki, İsrail HƏMAS-ın idarəçilik potensialının məhvi yolunda dönüş nöqtəsinə çatıb.

"Biz Məhəmməd Sinvarı aradan götürdük", - o deyib.

Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurub. Hədəf Qəzza zolağında HƏMAS və onun hərbi qanadı "İzzəddin Əl-Qəssam" briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью