Netanyahu Tramp ilə telefon danışığı barədə məlumat verib

06.04.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, siyasətçi bu barədə öz sosial şəbəkə hesabında yazıb.

"ABŞ Prezidenti göstərilən köməyə görə İsrailə minnətdarlığını bildirdi. Mən fəxr edirəm ki, bizim döyüş meydanında və ondan kənarda əməkdaşlığımız görünməmiş səviyyədədir və İsrail cəsur Amerika döyüşçüsünün xilas edilməsinə öz töhfəsini verə bildi", — deyə Netanyahu qeyd edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью