Netanyahu Trampa unikal hədiyyə hazırlatdırıb FOTO

09.07.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa unikal hədiyyə təqdim edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Netanyahu Trampa Amerika istehsalı olan B-2 bombardmançı təyyarəsi formasında hazırlanmış xüsusi “mezuza” (İbranicə "qapı dirəyi" deməkdir) hədiyyə edib.

"Mezuza" yəhudilikdə qapıların üstündən asılan xüsusi hazırlanmış duadır. 

Netanyahunun bu maraqlı hədiyyəsi ABŞ-nin İranın Fordo nüvə obyektinə son hücumunda istifadə etdiyi bombardmançı təyyarəyə istinad kimi verilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью