Netanyahu Trampdan bunu tələb etdi

02.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” və İsrailin N12 telekanalı ABŞ və İsrail mənbələrinə istinadən məlumat yayıb.
 

Belə ki, oktyabrın 31-də baş tutan telefon danışığında Netanyahu Qətərin vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında aparılan danışıqların İrana təzyiqi azalda biləcəyindən narahatlığını bildirib. Tramp isə hələlik diplomatik danışıqlara daha çox vaxt vermək niyyətindədir.


Bununla yanaşı, ABŞ mümkün danışıqlar uğursuz olacağı təqdirdə genişmiqyaslı zərbələrin bərpasına da hazırlaşır.
Danışıqlarda vasitəçilik edən Qətər noyabrın 1-də də İran rəsmiləri ilə görüşlər keçirib. İranın xarici işlər naziri Abbas Əraqçi isə razılaşmanın hələ əldə olunmadığını bildirib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью