Netanyahu Trampdan İsrail prezidenti tərəfindən əfv üçün dəstək istəyib

03.12.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon söhbəti zamanı İsrail Prezidenti İsaak Hersoqdan əfv almaqda ona dəstək göstərməsini xahiş edib.

Doğru.az xəbər verir ki, Netanyahu daha əvvəl davam edən məhkəmə prosesləri fonunda prezident Herzoqa əfv tələbi təqdim etmişdi.

İyunun sonunda Tramp isə İsrailin baş nazirinin məhkəməsinin dayandırılmasını istəmişdi. Eyni zamanda, Kanada Baş naziri Mark Karni Netanyahuya xəbərdarlıq edərək bildirib ki, o, Kanadada görünərsə, BCM-nin orderi əsasında həbs ediləcək.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью