Icma.az bildirir, Sia Az portalına istinadən.
...Deməli, qeyd edək ki, Donald Tramp bir daha ABŞ və İranın sülh müqaviləsi imzalamağa yaxın olduğunu bildirib.
Və bu yaxınlarda ABŞ-da ciddi bir qalmaqal baş verib.
Belə ki, ölkənin kəşfiyyat orqanları İsrailin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffun telefon danışıqlarını dinlədiyini müəyyən edib.
SİA xəbər verir ki, “The New York Times”-in məlumatına görə, İsrail kəşfiyyat orqanlarının Pentaqonun yüksək vəzifəli siyasət rəsmisi Kolbi ilə onun müavini Dimino arasında danışıqlara çıxışı olması ilə bağlı narahatlıqlar da var.
Bu, ABŞ üçün əsl şillə idi. Getdikcə daha çox ABŞ siyasətçisi Amerikanın uğursuz xarici siyasət yürütdüyünü etiraf edir. Bunu sosial media səhifəsində paylaşan Demokrat senator Kris Merfinin sözlərinə görə, bu fakt İran böhranı səbəbindən mövcud administrasiya dövründə ABŞ-ın nüfuzunun azaldığını göstərir.
...Bu müharibə həm Tramp, həm də bütövlükdə Amerika gücü üçün rüsvayçılıq olub. Tramp Netanyahuya zəng edib ona (İranın) hücumlarına cavab verməməyi əmr edəcəyini və sonra Netanyahunun bir neçə saat sonra zərbələr endirəcəyini elan etdikdə, rüsvayçılıq daha da aydın olur, - deyə o yazır.
Bu mesaj İsrail Müdafiə Qüvvələrinin (İMQ) rəsmi hesabatında İranın qərbi və mərkəzi bölgələrinə yeni bir zərbə endirdiyini elan etməsindən sonra ortaya çıxıb.
Məlum olduğu kimi, İran və İsrail 7-8 iyun gecəsi yeni raket zərbələri endiriblər. Bu, Donald Trampın ABŞ və İranın sülh müqaviləsi imzalamağa yaxın olduğunu bildirməsindən sonra baş verib.
Bu arada, Ağ Ev rəhbəri Benyamin Netanyahunu bütün hərbi əməliyyatları müvəqqəti olaraq təxirə salmağa çağırıb, lakin bir daha buna məhəl qoyulmayıb. Yalnız ikinci sərt söhbətdən, Trampın İsraili İranla məşğul olmaq üçün tək qoyacağı ilə hədələməsindən sonra vəziyyət nəhayət sakitləşib.
Amma əslində, İsrailin ABŞ-ı necə kinayə ilə manipulyasiya etdiyinin, bütün çirkli işlərini öz ordusunun köməyi ilə gördüyünün şahidi oluruq.
Və yüksək vəzifəli məmurların telefon danışıqlarının dinlənilməsi, ehtimal ki, üçüncü bir rüsvayçılıqdır. İnanılmaz olan odur ki, ABŞ bütün bunlara göz yumur...
Əli Babayev