Netanyahu Trampın Qəzza planına dəyişiklik etməyə çalışır

08.10.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına dəyişiklik etməyə çalışır ki, bu da yəhudi dövləti ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqların pozulmasına gətirib çıxara bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, İsrailin baş naziri yəhudi dövlətinin xeyrinə düzəlişlər etmək istəyir ki, bu da vasitəçi kimi çıxış edən Misir və Qətər nümayəndələrini narahat edir. “Danışıqlarda vasitəçilik edən ərəb ölkələrindən verilən mesaj budur ki, Netanyahunun düzəlişlərindən sonra HƏMAS heç vaxt razılaşmanın şərtlərini qəbul etməyəcək”, - deyə anonim diplomat qəzetə bildirib.

Onun sözlərinə görə, tərəflər arasında maneələr İsrail qoşunlarının yenidən yerləşdirilməsinin vaxtı və yeri, həmçinin Fələstin Milli Administrasiyasının anklavın idarə olunmasında gələcək roludur.

Başqa bir mənbəyə görə, Həmas və ərəb ölkələri müzakirə olunan planın onların maraqlarını tam əks etdirib - əks etdirmədiyindən əmin deyillər və İsrailin bütün şərtlərə əməl edəcəyinə dair təminat istəyirlər.

Qeyd olunur ki, danışıqlar zamanı İsrail daha çox girovların azad edilməsinə diqqət yetirir, Təl-əviv isə uzunmüddətli öhdəliklərə daha az maraq göstərir.

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən ibarətdir.

O, digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini təmin edir. İsrail bu planla razılaşdığını açıqlayıb.

HƏMAS daha sonra Qəzzada saxlanılan bütün canlı israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.

Oktyabrın 6-da axşam saatlarında Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında vasitəçilərlə danışıqlar bərpa edilib. Ağ Evin mətbuat katibi Karoleyn Leavittin bazar ertəsi verdiyi məlumata görə, ABŞ-ı prezidentlərin xüsusi elçisi Steven Vitkoff və Jared Kuşner təmsil edəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью