Netanyahu Trampla İsrailin təhlükəsizlik məsələsini müzakirə edib

06.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla İsrailin təhlükəsizliyi və İrandan gələ biləcək potensial təhlükə məsələlərini müzakirə edib.

Bu barədə “The Times of Israel” Baş nazirin ofisinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Netanyahu prezident seçkilərindən sonra Trampa zəng edən ilk liderlərdən biri olub. Söhbət 20 dəqiqəyə yaxın davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью