Netanyahu Trampla Qəzza ilə bağlı gələcək planlarını müzakirə edib

11.08.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, danışıqların əsas mövzusu İsrailin Qəzza sektorunda növbəti addımları ilə bağlı planlar olub.

Baş nazir Trampa müharibənin başlanğıcından bəri İsrailə davamlı dəstəyinə görə təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью