Netanyahu Trampla regionu müzakirə etdi

15.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman deyib.

Onun sözlərinə görə, telefon danışığı dekabrın 14-ü axşam saatlarında baş tutub:

“Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, girovların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью