Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə hərbi münaqişə ehtimalına münasibət bildirib. O deyib ki, İsrail artıq Suriyada Türkiyə hərbi mövcudluğunun genişlənməsinin qarşısını almaq üçün tədbirlər görüb.
Netanyahu Türkiyə ilə birbaşa qarşıdurmanın qarşısının alınacağına ümid etdiyini bildirib və bunun üçün səylər göstərdiyini vurğulayıb. O, həmçinin ABŞ Prezidenti Donald Trampla Türkiyə rəhbərliyi ilə bağlı fikir ayrılıqlarını da etiraf edib.
Xatırladaq ki, Netanyahu yeni İsrail təhlükəsizlik doktrinasını təqdim edib. Sənəd qabaqlayıcı tədbirlər də daxil olmaqla, çəkindirmə siyasətindən proaktiv təhdidlərin qarşısının alınmasına keçid əks olunub.
Sənəddə Türkiyə birbaşa qeyd olunmasa da, İsrailin Suriyadakı hərəkətləri yeni strategiya ilə uyğundur.
“C14 News”-un məlumatına görə, Ankara Suriya hava bazasında dayaq nöqtəsi yaratmağı planlaşdırırdı, lakin İsrail bu planları pozur.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin