Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
“Demokratlar” blokunun lideri Yair Qolan Qadi Ayzenkotun rəhbərlik etdiyi blokdakı partiyaları ərəb partiyaları ilə əməkdaşlıq etməyə və hökumət qurmağa çağırıb.
Axar.az xəbər verir ki, Qolan bu barədə özünün X səhifəsində yazıb.
“Netanyahu uduzdu. Mən 120-yə qədər saymağı bilirəm. 65 55-dən çoxdur. İsrail demokratiyası belə işləyir. Və nöqtə. Reallıq bizə bir dərs verməlidir: Qorxmağı dayandırmasaq, irqçiliyə son qoymasaq, burada gələcəyimiz yoxdur. Netanyahunun davam etdirdiyi yəhudi və ərəb səslərinin irqçi bölgüsü ilə daha barışmamalıyıq”, - Qolan bildirib.