Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22.05.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin dünya üzrə diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib. 

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “X” sosial media hesabında məlumat yayıb.

"Biz antisemitizmin və İsrail dövlətinə qarşı vəhşi təhriklərin dəhşətli bədəlinin şahidi oluruq. Ölkəmizə qarşı qanlı böhtanlar getdikcə güclənir və buna qarşı sona qədər mübarizə aparılmalıdır", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki diplomatı güllələnərək öldürülüb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью