Netanyahu Vaşinqtonda Trampla görüşməyi planlaşdırır

05.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Vaşinqtona səfər edərək ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır.

APA “Axios”a istinadən xəbər verir ki, İsrail lideri Ağ Evin rəhbəri ilə tarifləri, Qəzza zolağındakı vəziyyəti və İranı müzakirə etməyi planlaşdırır.

“Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaq məqsədilə Prezident Trampla şəxsən görüşən ilk xarici lider olacaq”, - məqalədə deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью