Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək

26.07.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

"Sabah Prezident Trampın dəvəti ilə onunla görüşmək üçün Vaşinqtona yola düşəcəyəm".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, səfər çərçivəsində digər tədbirlərdə də iştirak edəcəyini diqqətə çatdırıb: Dominos pizza

"Bunun ardından İsrailin böyük dostu, senator Lindsi Qremin şərəfinə təşkil olunacaq mərasimə qatılacağam. Bildirməliyəm ki, o, dövlətimiz qurulandan bəri İsrailin ən yaxın dostlarından biridir və ona bu ehtiramı göstərməyimiz tamamilə yerindədir".

Baş nazir ABŞ dövlət başçısı ilə aparılacaq danışıqların mövzusuna da toxunub: "Prezident Trampla gündəlikdə duran bütün məsələləri, o cümlədən İrandakı vəziyyəti müzakirə edəcəyik".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью