Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Benyamin Netanyahu ilə Qadi Ayzenkot arasında hökumətin formalaşdırılmasına dair danışıqlar fikir ayrılığı ilə nəticələnib.
Axar.az xəbər verir ki, bu barədə "Kan 13" məlumat yayıb.
"İsrailin baş naziri ilə müxalifət nümayəndəsi arasında keçirilən görüş bir saatdan çox davam etsə də, tərəflər mövqelərini yaxınlaşdıra bilməyiblər",- məlumatda deyilib.
Qeyd edək ki, danışıqlar oktyabrın 27-də keçirilən seçkilərdən sonra parlamentdə yaranmış siyasi dalan fonunda aparılır. Seçkilərin nəticələrinə görə, bloklardan heç biri parlamentdə çoxluğu əldə edə bilməyib. Siyasətçilər milli birlik hökumətinin formalaşdırılması imkanını müzakirə ediblər.