Netanyahu və Tramp İranı müzakirə ediblər | Icma.az
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla “İran” məsələsini müzakirə edib.
Bizimyol.info xəbər verir ki, İsrail Baş nazirliyin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada Netanyahu ilə Trampın telefonla danışdığı bildirilib.
Qeyd edilib ki, “səmimi və isti” keçdiyi deyilən görüşdə Netanyahu Trampı seçki uğuruna görə təbrik edib.
“Netanyahu və Tramp İsrailin təhlükəsizliyi üçün birgə işləmək barədə razılığa gəliblər və həmçinin İran təhdidini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu