Netanyahu və Tramp Yaxın Şərqə dair müzakirə aparıb

15.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub, Yaxın Şərqə dair müzakirə aparılıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisinin məsləhətçisi Dmitrii Gendelman paylaşım edib.

Qeyd edilib ki, telefon danışığı dekabrın 14-də axşam baş tutub. Telefon danışığında Qəzzada saxlanılan israillilərin geri qaytarılması, o cümlədən Suriya və Qəzzadakı vəziyyət müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью