Netanyahu xəstəxanadan evə buraxıldı

02.01.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş Naziri Benyamin Netanyahu uğurlu prostat əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Bu barədə onun ofisi "X" platformasında məlumat yayıb.

"Hazırda Hadassah Ein Kerem Xəstəxanasından çıxmışam," deyə Netanyahu "X" platformasında bildirib. Xəstəxana Qüdsdə yerləşir.

Onun ofisinin verdiyi məlumata görə, 75 yaşlı Netanyahu əməliyyatdan sonra yaxşı vəziyyətdədir və tam şüurludur.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью