Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək

23.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Azərbaycana rəsmi səfər edəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Israel Hayom" nəşri xəbər yayıb.

Bildirilib ki, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib, ancaq yaxın günlərdə olacağı vurğulanıb.

Səfər zamanı müzakirənin əsas mövzusu İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq.

"Netanyahu və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli və regional münasibətlərin tam spektrini müzakirə edəcəkləri gözlənilir", - deyə mənbədən vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью