Netanyahu Yəməndən atılan raketdən sonra: “Daha çox zərbə olacaq”

04.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Yəməndən atılan raketin Ben-Qurion hava limanı yaxınlığına düşməsindən sonra həyata keçirilən hücumlara cavab olaraq “daha çox zərbə” olacağını vəd edib.

APA xəbər verir ki, Netanyahunun bu fikirlərini Ynet portalı yayıb.

“Biz ABŞ-la birlikdə onlara qarşı hərəkət edirik. Keçmişdə də hücum etmişik, gələcəkdə də edəcəyik. Daha çox zərbə olacaq”, – deyə İsrail hökumət başçısı bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью