Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin “Maariv” tədqiqatlar mərkəzinin son sorğusunun nəticələrinə əsasən, oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərində müxalifət partiyaları Knessetdə 54 yer qazana bilər. Müqayisə üçün qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi koalisiya parlamentdə 50 yer əldə edə bilər. Bu seçkidə müxalif ərəb partiyalarının daha 12 yer, ehtiyatda olan hərbçilərin partiyasının isə 4 yer qazanmaq şansı var. Məlumat üçün onu da bildirək ki, hökumət qurmaq üçün 61 yer tələb olunur.
XQ