Netanyahu yeni məqsədini açıqlayıb: Şiddətli hücuma başlayacağıq

23.12.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin şimalındakı Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.

Bizimyol.info “hurriyet”ə istinadən xəbər verir ki, Netanyahu Yəməndə husilərə qarşı “şiddətli əməliyyata” başlayacaqlarını bildirib: “Husilər İranın bölgədəki qüvvələri ilə birgə tədbir gördükləri kimi, biz də onlara qarşı tədbir görəcəyik”, - deyib. Benyamin Netanyahu: “ABŞ və bizim kimi digər ölkələr husiləri təkcə beynəlxalq daşımalara deyil, həm də dünya nizamına təhlükə kimi görür”,- deyə əlavə edib.

Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin "Fələstin 2" tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb. İsrail ordusu radiosu Husilərin Yaffaya raket hücumundan sonra İsrail ordusunun 14 döyüş təyyarəsi ilə Yəməndə 5 hədəfə çoxsaylı bombalı hücumlar təşkil etdiyini bildirib. İsrail ordusundan verilən açıqlamada Husilərin həyata keçirdiyi hücumda Tel-Əviv yaxınlığındakı Ramat Qan şəhərində bir məktəbə ziyan dəydiyi bildirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью