Netanyahudan dünyaya çağırış: Tramp buna layiqdir FOTO

09.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi çağırışını edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirliyinin “X” platformasındakı rəsmi hesabında süni intellektlə hazırlanmış bir fotoşəkil paylaşılıb.

Şəkildə Trampın boynundan “Nobel Sülh Mükafatı” yazılmış iri medalın asıldığı, Netanyahunun isə onun yanında dayandığı görünür. Paylaşımda həmçinin “Nobel Sülh Mükafatını Prezident Trampa verin, o buna layiqdir” sözləri də yer alıb.

Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq da oxşar çağırış edərək Nobel Sülh Mükafatının Donald Trampa verilməsini təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью