Netanyahudan Hizbullaha sərt cavab: Zərbə əmri VERİLDİ

01.06.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Binyamin Netanyahu orduya Beyrutun ətrafında yerləşən Hizbullah təşkilatına məxsus hədəflərə zərbələr endirilməsi barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, əməliyyat Hizbullahın atəşkəs rejimini pozduğu iddiasına cavab olaraq həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, İsrail ordusu Livanın paytaxtı Beyrutun ətrafındakı Hizbullah obyektlərinə qarşı hərbi əməliyyatlara başlayıb.

İsrail tərəfi hesab edir ki, Hizbullahın son hərəkətləri mövcud atəşkəs razılaşmasının şərtlərinin pozulması deməkdir və buna görə də cavab tədbirlərinin görülməsi zəruri olub.

Hələlik zərbələrin nəticələri, eləcə də mümkün itkilərlə bağlı rəsmi məlumat verilməyib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью