Netanyahudan iddia: “Avropa İranın hədəfidir”

17.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Avropanın İran üçün potensial hədəf olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Netanyahu bu barədə Qüdsdə çexiyalı həmkarı Andrey Babişlə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“İranın raketləri, terrorizmi və nüvə ambisiyaları İsrailin sərhədləri ilə məhdudlaşmır. Avropa kənar müşahidəçi deyil, Avropa hədəfdir”, – deyə İsrail hökumətinin başçısı bildirib.
Bu kontekstdə Netanyahu İsrail və Çexiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, mövcud təhdidlər fonunda bu əməkdaşlığı “çox məntiqli” adlandırıb.
Bundan əlavə, İsrailin baş naziri ölkəsinin hərəkətlərini tənqid edən bir sıra Avropa dövlətlərini də sərt şəkildə qınayıb və Çexiyaya dəstəyinə görə təşəkkür edib.
“Çexiya Respublikası xeyirlə şəri qarışdırmaqdan imtina edir. Bu, mənəvi aydınlıq və mənəvi cəsarətdir”, – Netanyahu əlavə edib.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью