Netanyahudan Şaraya mesaj: Əgər bunları edərsə...

15.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Suriya Prezidenti Əhməd əş-Şaranı gördüyü işlərə görə qiymətləndirəcəyəm.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Avstraliya mediasına açıqlamasında Şaranın ABŞ lideri Donald Trampla görüşü barədə suala cavabında deyib.

“Suriya dinc ölkə olacaqmı? Cihadçıları ordusundan təmizləyəcəkmi? Qolan təpələrinə bitişik silahsızlaşdırılmış zona yaradacaqmı? Bunlar hamısı şərtdir. Suriya hakimiyyətindən druzların təhlükəsizliyini təmin edilməsini də tələb etmişik. Ancaq bunlara nail olunarsa, ikitərəfli münasibətlərin inkişafından danışmaq olar”, - baş nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью