Axar.az saytına istinadən Icma.az xəbər verir.
Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
"Mən İsrail xalqını komandanlığının göstərişlərinə son dərəcə ehtiyatla əməl etməyə çağırıram. Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız”, - baş nazir əlavə edib.