Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İsraildə yeni hökumət parlamentdə çoxluq əldə edilmədən də formalaşdırıla bilər.
Modern.az xəbər verir ki, bunu İsrailin müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkot bəyan edib.
Prezident İsxak Hersoq tərəfindən hökuməti formalaşdırmaq səlahiyyəti verilən Ayzenkot bildirib ki, yeni Nazirlər Kabinetinin tərkibi münasib vaxtda Knessetin təsdiqinə təqdim olunacaq.
Onun sözlərinə görə, parlamentdə kifayət qədər çoxluq əldə edilməsə belə, digər müxalifət partiyalarının daxil olduğu “Dəyişiklik bloku” əsasında azlıq hökumətinin yaradılması mümkündür.
“Bütün Knesset üzvləri öz vicdanlarına uyğun qərar verməlidirlər: ya yeni hökumət qurulacaq, ya da Benyamin Netanyahu baş nazir vəzifəsini icra etməyə davam etdiyi müddətdə İsrail və onun vətəndaşları növbəti seçkilərlə üz-üzə qalacaqlar”, – deyə Ayzenkot vurğulayıb.
Qeyd edək ki, oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində heç bir siyasi blok hökuməti müstəqil formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilməyib.
Ayzenkotun hökuməti formalaşdırmaq üçün mandatı dekabrın 6-da başa çatır.