Netanyahunu şoka salan HADİSƏ

02.10.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarənin pilot kabinəsində baş verən hücuma müdaxilə edən şəxsin israilli santexnik Yaniv Hayun olduğu müəyyənləşib. 

"Cebheinfo.az" xəbər verir ki, Hayun ölkəsinə qayıtdıqdan sonra İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən qəhrəman kimi qarşılanıb. 

O, Oman vətəndaşı olan ikinci pilot tərəfindən bıçaqlanan hindistanlı pilot Smit Maççhara kömək etmək üçün digər sərnişinlərlə birlikdə pilot kabinəsinə daxil olub. Sərnişinlər hücum edən şəxsin üzərinə atılaraq onu zərərsizləşdiriblər. Hayun təyyarənin sürətlə hündürlük itirdiyi zaman idarəetmə sükanını özünə doğru çəkərək təyyarənin burnunu yuxarı qaldırdığını bildirib. 

Netanyahu ondan təyyarəni idarə etməyi haradan bildiyini soruşduqda isə Hayun uçuş qəzalarını araşdıran “Air Crash Investigation” sənədli proqramına baxaraq müəyyən biliklər əldə etdiyini deyib. 

Məlumata görə, sərnişin müdaxiləsindən əvvəl təyyarə hər 30 saniyədə 4 267 metr hündürlük itirib. 174 sərnişinin olduğu təyyarə daha sonra göyərtədəki iki avropalı pilot tərəfindən Səudiyyə Ərəbistanının Təbuk şəhərinə endirilib. İsrail Prezidenti İsaak Hersoq Hayun və daha dörd sərnişinin göstərdikləri qəhrəmanlığa görə medallarla təltif ediləcəyini açıqlayıb. İsrail hadisəni terror aktı cəhdi kimi qiymətləndirir. Təyyarənin İsraildə qəzaya uöramaq məqsədilə qaçırılmağa cəhd edildiyi iddia olunur. Hadisədən sonra dünya ictimaiyyətində bir sıra suallar gündəmə gəlib. 

İsraillə diplomatik münasibətləri olmayan Oman vətəndaşı olan ikinci pilot, qadağaya baxmayaraq, “Flydubai”nin Təl-Əviv reysində necə fəaliyyət göstərib? 11 sentyabr terror hücumlarından sonra kənardan müdaxiləyə qarşı gücləndirilən pilot kabinəsinin qapısı bu hadisə zamanı necə açılıb? İkinci pilot təyyarəyə ölümcül xəsarətlər yetirə biləcək kəsici aləti necə keçirə bilib? Təyyarə 4 mindən çox metr hündürlük itirdiyi halda oksigen maskaları niyə açılmayıb? Təyyarə sürətlə hündürlük itirərkən sərnişinlər ayağa qalxaraq hadisəyə necə müdaxilə edə biliblər? 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью