Netanyahunun ABŞ də həbs olunması təhlükəsi yoxdur Tramp

20.07.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ ərazisində həbs olunması riski yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Nyu-York meri Zoxran Mamdaninin açıqlamalarına cavab olaraq yazıb.

“Binyamin Netanyahu ABŞ-də olduğu müddətdə heç bir halda və heç bir formada həbs edilməyəcək”.

Qeyd edək ki, bundan əvvəl Mamdani Netanyahu Nyu-Yorka səfər edəcəyi təqdirdə, BCM-in orderi əsasında onun saxlanılmasının qanuniliyini hüquqşünaslarla müzakirə etdiyini bildirib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью