Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misirdə imzalanan atəşkəs razılaşmasına əsasən, İsrail və HƏMAS arasında atəşkəs rəsmi olaraq saat 12:00-da qüvvəyə minib.
Missiya.Az xəbər verir ki, İsrail ordusunun Qəzzadan geri çəkilməsi ilə fələstinlilər evlərinə qayıdır.
Lakin İsrail Baş Naziri Benyamin Netanyahu bildirib ki, müharibə hələ bitməyib və HƏMAS tam tərksilah olunmayana qədər geri çəkilməyəcəklər.
ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkədə "Bütün girovlar tezliklə azad ediləcək" açıqlaması verib.
Atəşkəs çərçivəsində 22 məhbus azad olunacaq, həmçinin humanitar yardım məqsədilə Qəzzaya hər gün yüzlərlə yük maşını göndəriləcək.
Seyranə Quliyeva
Missiya.Az