Netanyahunun əsas rəqibi namizəd olmayacaq

20.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin keçmiş müdafiə naziri və "Mavi və Ağ" ("Blue and White") partiyasının sədri Benni Qants oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, siyasətçinin bu gözlənilməz gedişi ilə partiyasının da seçki yarışındakı iştirakına rəsmən son qoyulub.

Qants verdiyi açıqlamada mübarizəsini fərqli müstəvidə davam etdirəcəyini vurğulayıb: Sezar pizza

"Mən qarşıdan gələn seçkilərdə namizəd olmayacağam. Birlik uğrunda mübarizəmi davam etdirəcəyəm."

Rəy sorğularında "Mavi və Ağ" partiyasının seçki həddini keçməkdə çətinlik çəkməsi və müxalifət düşərgəsində səslərin parçalanması riski bu qərarın verilməsində əsas amil kimi göstərilir. Qantsın seçki yarışından kənarlaşması İsraildə səsverməyə sayılı günlər qalmış siyasi balansı və müxalifət blokundakı dinamikanı əhəmiyyətli dərəcədə dəyişib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью