Netanyahunun heykəli dağıdıldı

08.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Çərşənbə axşamı gecəsi Meksikanın Mexiko şəhərindəki balmumu Muzeyində maskalı etirazçı Benyamin Netanyahunun mum heykəlini dağıdıb. 

"Cebheinfo.az" xəbər verir ki, sosial mediada yayılan görüntülərdə etirazçının əvvəlcə heykəlinə qırmızı boya tökdüyü, sonra isə çəkiclə ona hücum etdiyi görünür. Heykəlin altında Fələstin bayrağı görünür.

Hücum edən şəxs kameraya dönüb:

“Yaşasın Fələstin, yaşasın Sudan, yaşasın Yəmən, yaşasın Puerto Riko” deyə qışqırıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью