Netanyahunun iqamətgahına hücum edən üç nəfər saxlanıldı

18.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına atəş açılmasından sonra üç nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Times of Israel" polisə istinadən məlumat yayıb.

Baş nazirin evinin yaxınlığından atılan iki raket həyətə düşüb. "The Times of Israel" yazır ki, hadisə nəticəsində dağıntı olmayıb. Raketin buraxılışı zamanı Netanyahu və ailəsi evdə olmayıb.

Xatırladaq ki, oktyabrın ortalarında da İsrail baş nazirinin iqamətgahı pilotsuz uçan aparatən (PUA) hücumuna məruz qalmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью