Netanyahunun iqamətgahına HÜCUM EDİLDİ

17.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki raket düşüb.

Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Polisin və İsrail əks-kəşfiyyat xidmətinin məlumatına görə, insident nəticəsində heç kim xəsarət almayıb: siyasətçi və onun ailə üzvləri evdə olmayıblar.

Hüquq-mühafizə orqanları düşən raketlərlə bağlı araşdırmaya başlayıb və təhlükəli eskalasiyaya işarə edən ciddi insidenti pisləyib.

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью