Netanyahunun iqamətgahına hücum edilib

17.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına hücum qeydə alınıb.

Oxu.Az "The Jerusalim Post"a istinadən xəbər verir ki, axşam saatlarında İsrail baş nazirinin iqamətgahı yaxınlığında iki işıqsaçan obyektin uçduğu görünüb. Onlar iqamətgahın həyətinə düşüblər.

Bu barədə yerli polis və kəşfiyyat xidməti birgə məlumat yayıb.

Hadisə zamanı baş nazir və ailə üzvləri iqamətgahda olmayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью