Netanyahunun iqamətgahına növbəti hücum Video

17.11.2024

Icma.az, Anews portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki işıqlandırıcı raket düşüb.Bu barədə "The Times of Israel" qəzeti polisin və İsrailin Baş Təhlükəsizlik Qüvvələrinin (Şin Bet) məlumatlarına istinadən yazıb.


Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.


"Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan iki işıqlandırıcı raket evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib.Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”, - deyə məlumatda bildirilir.


Polis və Şin Bet hadisə ilə bağlı araşdırmaya başlayıb.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью