Netanyahunun istəyi müharibəni davam etdirməkdir

08.06.2026

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın axşam raket hücumlarından sonra İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirməyə başlayıb.

Bildirilib ki, Tehrandakı Mehrabad beynəlxalq hava limanı da daxil olmaqla bir sıra hərbi obyektlər hədəfə alınıb.

Bununla yanaşı, Təbriz, Urmiya, Kirmanşah və Şiraz şəhərlərində partlayış səsləri eşidilib.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrailin Baş naziri Netanyahu İranla ABŞ arasında danışıqlar prosesini pozmağa nail oldu. Netanyahunun istəyi müharibəni davam etdirməkdir.

O, deyib ki, danışıqlar prosesi dalana dirənib. SEPAH -da ABŞ-la müqavilədə kaputilyasiyanı qəbul etmirdi:

"İsrailin Livanda Hizbullaha qarşı son dağıdıcı hücumuna cavab olaraq İran İsrailə raket atışları həyata keçirir.

İran özünə arxayındir və raket ehtiyatlarını bərpa edib. Xalq da İsrailə hücumunu alqışlayır. ABŞ və İsrailin İran hücumu nəyisə dəyişməyəcək. Zərər çəkən İsrail və körfəz ölkələri olacaq. İran da böyük zərbə alıb".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью